Paytaxtda yol terroru: 3 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Paytaxtda yol terroru: 3 ölü, 1 yaralı

Ötən gecə Zığ qəsəbəsi yolunda 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol-qəza hadisəsi baş verib.

Ötən gecə Zığ qəsəbəsi yolunda 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol-qəza hadisəsi baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri Suraxanı rayonunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobilləri toqquşub. Ağır yol-nəqliyyat qəzası nəticəsində avtomobillər deformasiyaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan sərnişini çıxarıb, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

“Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardaraq hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm