Yenə sərxoş sürücü, yenə yollarda qəza
Bizi izləyin

Qırmızı.az

Yenə sərxoş sürücü, yenə yollarda qəza

Bakının Nəsimi rayonu Cavadxan küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Bakının Nəsimi rayonu Cavadxan küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı “Tofaş” markalı avtomabilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında dayanan “Hyundai” markalı avtomaşına çırpıb. Qəza zamanı xəsarət alan olmayıb. Hadsədən sonra “Tofaş”ın sürücüsü ərazidən uzaqlaşıb. Hadisə yerində olan polis əməkdaşlarının verdiyi məlumata görə, qəzanı törədən “Tofaş”ın sürücüsü qəza anında nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. Qəza ilə bağlı araşdırmalar isə davam edir. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm