Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
Bizi izləyin

Qırmızı.az

Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Publika.az-ın DİN-in saytıan istinadən məlumatına görə, müşavirədə çıxış edən R. Usubov Azərbaycanın dinamik inkişafının daxili işlər orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdiyini bildirib. Nazir iqtisadiyyatın inkişafının, strateji əhəmiyyətli dövlət proqramlarının və tədbirlərinin, beynəlxalq layihələrin uğurla həyata keçirilməsinin mühüm amillərindən olan ictimai asayiş və əmin-amanlıq ötən ildə də daxili işlər orqanları, o cümlədən paytaxt polisi tərəfindən etibarlı qorunduğunu bəyan edib.

Daha sonra Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirmiş, kriminogen durum nəzarətdə saxlanılıb. Hesabat dövründə Bakı şəhərində ümumən 10.524 cinayət hadisəsi qeydə alınmış, onların 82,9%-i (8.714) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,1%-i (1810) isə ağır və xüsusilə ağır növ cinayətlər olub.

Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və həyata keçirilməsi sayəsində əvvəlki illə müqayisədə şəxsiyyət əleyhinə törədilən cinayətlər 28,9% (2.468-dən 1.754-dək), adam öldürməyə cəhdlər 35,3% (34-dən 22-dək), soyğunçuluqlar 17,2% (209-dan 173-dək), dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,5% (111-dən 66-dək), avtonəqliyyat vasitələrinin oğurluğu 16,7% (30-dan 25-dək), mal-qara oğurluqları 28,6% (49-dan 35-dək), xuliqanlıqlar 2,2% (602-dən 589-dək) azalmış, ağır növ cinayətlərin açılması 0,8% (78,9%-dan 79,7%-dək), o cümlədən qəsdən adam öldürmə cinayətlərinin açılması 1,7% (94,9%-dən 96,6%-dək), quldurluqların açılması 1,9% (79,7%-dən 81,6%-dək) yaxşılaşmış, qeydə alınmış 15 hədə-qorxu ilə tələb etmə cinayətlərinin hamısı açılmış, ümumi cinayətlərin 74,4%-nin, şəxsiyyət əleyhinə törədilən cinayətlərin isə 92,6%-nin açılması təmin olunub.

Məqsədyönlü tədbirlər nəticəsində qanunsuz saxlanılan 48 odlu silah, o cümlədən 7 avtomat, 26 tapança, 15 tüfəng və xeyli sayda sursat götürülmüş, odlu silahlardan 28-i əməliyyat yolu ilə aşkar edilmişdir. Dövriyyədən 191 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Cinayət işlərinin istintaqının və təhqiqat araşdırmalarının qanunvericiliyə uyğun şəkildə aparılması, yol təhlükəsizliyinin nümunəvi təmin olunması, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi, vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, onların qəbulunun keçirilməsi və xidməti fəaliyyətin digər önəmli sahələrində də kifayət qədər işlər görülmüş, müsbət nəticələr əldə edilib.

Baş İdarənin rəisi mövcud nöqsanları və onların aradan qaldırılması üzrə qarşıda duran vəzifələri də diqqətə çatdırıb.

Əməliyyat müşavirəsinə yekun vuran nazir Ramil Usubov əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını məmnunluqla vurğulayıb.

Daxili işlər naziri müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Eyni zamanda o, qeyd edib ki, bu gün daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Prezidenti tərəfindən bütün şərait yaradılıb, əməkdaşlar və hərbi qulluqçular dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar, dövlətinə, xalqına ləyaqətlə xidmət etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm