"Təhlükəsizlik vacibdir"
Bizi izləyin

Qırmızı.az

"Təhlükəsizlik vacibdir"

“Azərbaycanı gələcəkdə enerji ixracatçısına çevirə bilərik”.

Publika.az-ın məlumatına görə, bu barədə energetika naziri Natiq Əliyev 21-ci Neft və Qaz Konfransında çıxışında deyib.


O bildirib ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib: “Azərbaycanda ötən il 43,5 milyon ton neft, 29,5 milyon kub metr qaz hasil edilib. Elektrik enerji istehsalı üzrə 15 stansiya mövcuddur. Bərpa olunan enerji sahəsində də irəliləyişlər əldə etmişik. Azərbaycanı gələcəkdə enerji ixracatçısına çevirə bilərik. Qonşu ölkələrlə enerji xətlərinin birləşdirilməsi diqqətimizdədir. İranla Pasabat 1, Pasabat 2, Gürcüstanda bir elektrik stansiyası tikilib. Bu stansiyaların gücü Türkiyəyə enerji ixrac edilməsinə imkan verir. Bununla da Qara dəniz elektrik enerji halqasının yaranması mümkün olacaq”.

Nazir həmçinin söyləyib ki, neft hasilatının stabilliyinin təmin edilməsi məqsədi ilə yataqlarda yeni texnikalar tətbiq edilir: “Düşünürəm ki, Xəzər sektorunda təhlükəsizlik məsələsi vacibdir. Yeni texnikaların tətbiqi bu məsələni də həll edir”.

Natiq Əliyev konfransın uğurla nəticələnəcəyini arzu edib. O bildirib ki, bu konfransda müzakirələr və danışıqlar aparılacaq və bu da Azərbaycanın gələcək neft-qaz sahəsi üçün müsbət təsir edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm