Səfirlik: Eynicinslilər konsulluqda nikaha girə bilərlər (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Səfirlik: Eynicinslilər konsulluqda nikaha girə bilərlər (YENİLƏNİB)

Bundan sonra eynicinslilər Böyük Britaniyanın Azərbaycandakı konsulluğuna müraciət edərək nikahlarını rəsmiləşdirə biləcəklər. Amma bu qanun yalnız Böyük Britaniya vətəndaşlarına aiddir.

Bundan sonra eynicinslilər Böyük Britaniyanın Azərbaycandakı konsulluğuna müraciət edərək nikahlarını rəsmiləşdirə biləcəklər. Amma bu qanun yalnız Böyük Britaniya vətəndaşlarına aiddir.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Publika.az-a məlumatı təsdiqləyiblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Publika.az-a bildirib ki, bu, Böyük Britaniyanın daxili işidir və yalnız həmin ölkənin vətəndaşlarına aiddir.

12:11

Böyük Britaniya konsulluqlarına qalmaqallı icazə verilib.Böyük Britaniya konsulluqlarına Rusiya, Azərbaycan, Serbiya və Macarıstanda eynicinsli nikahları qeydiyyatdan keçirməyə icazə verilib.

Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, Britaniya diplomatik nümayəndəliklərində göstərilən ölkələrdə, eləcə də Avstraliya, Boliviya, Kamboca, Çili, Kolumbiya, Estoniya, Yaponiya, Latviya, Monqolustan, Monteneqro, Nikaraqua, Peru, San-Marino, Vyetnam, Dominikan Respublikası, Kosovo, Kosto-Rika və Filippində Birləşmiş Krallığın vətəndaşları nikaha girə bilərlər.

Beləliklə də, Britaniya konsulluqları yerli qanunlarla qadağan olunduğu ölkələrdə, eləcə də Azərbaycanda eynicinsli nikahları qeydiyyatdan keçirmə imkanı əldə etdilər.

Böyük Britaniyanın keçmiş xarici işlər naziri, “Leyborist” partiyasından olan parlament üzvü gey Kris Brayant bəyan edib ki, Birləşmiş Krallığın XİN vəzifələrindən biri “Britaniya dəyərlərinin xaricə eksportudur”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm