• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yol terroru: 102 ölü, 439 xəsarət

Yol terroru: 102 ölü, 439 xəsarət

Bu il yanvarın 1-dən mayın 31-dək Bakı şəhəri üzrə 400 yol-nəqliyyat hadisəsi baş verib, qəzalar nəticəsində 102 nəfər ölüb, 439 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə, 35 ölüm faktı aşağı düşüb, 23 xəsarət artıb.

Bu barədə Publika.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Şöbə rəisi rəqəmlərin narahatlıq doğurduğunu bildirib.

“Baş vermiş hadisələrin 51% sürət həddinin aşılması, 52% piyadaların təyin edilməyən yerdən keçməsi, 27% ötmə, manevr etmə və yol ayrıclarının keçilməsi qaydalarının pozulması səbəbindən baş verib.

V.Əsədov sürət həddinin, əsasən, Heydər Əliyev, Babək, Tbilisi prospektlərində aşıldığını deyib.

Hadisələr günün qaranlıq vaxtlarında xüsusən, 18:00-dan sonra, şənbə və bazar günləri daha çox olur.

Hesabat dövründə yol hərəkət qaydalarının pozulması ilə bağlı 281 756 inzibati protokol tərtib edilib.

Onların 3953-ü avtomobilin sərxoş vəziyyətdə idarə olunması, 3639-u svetaforun qırmızı işığında keçmə ilə bağlıdır. 5 ayda 171 avtoxuliqan inzibati məsuliyyətə cəlb olunub.

Beş ay ərzində yol hərəkəti qaydalarını pozduqları üçün 70342 piyada cərimələnib. Təxminən hər həftə 3500-ə yaxın piyada qaydaları pozur.

Əsədov deyib ki, bu rəqəmlər ötən illə müqayisədə azdır, bu da aparılan maarifləndirmə işləri və cərimələrin artırılması ilə əlaqədardır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR