Paytaxtda polis maşını yandı
Bizi izləyin

Qırmızı.az

Paytaxtda polis maşını yandı

Yanan maşınların arasında polis avtomobili də var

Bu gün səhər saatlarında Bakıda avtomobil dayanacağı yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə Xaqani 53 ünvanında, köhnə dəyirmanın yanında yerləşən dayanacaqda qeydə alınıb. Hadisə yerinə ikinci çağırışla 4 avtomobil yollanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb. Hadisə şahidlərin bildirdiyinə görə, yanğın zamanı biri polis maşını olmaqla bir neçə avtomobil yanıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm