• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Hyundai-la dünya çempionatına Azərbaycandan kim gedəcək? – FOTOLAR

Hyundai-la dünya çempionatına Azərbaycandan kim gedəcək? – FOTOLAR

Yeni Hyundai sahibi olanlara brenddən xoş xəbər var. Braziliyada keçiriləcək Futbol üzrə dünya çempionatına gedəcək şəxslər məlum oldu.

Aprelin 17-dən mayın 31-dək Hyundai-ın rəsmi distribüteri Auto Azərbaycan şirkətindən istənilən Hyundai modeli alanlar onlara verilmiş kuponlarla dünya çempionatına bilet oynadılar. Lotereya iştirakçısı olan Hyundai sahiblərinin iştirakı ilə keçirilmiş lotereya uduşunda 7 nəfər Futbol üzrə Dünya Çempionatının qrup oyunlarını, 2 nəfər isə final oyunlarını Braziliyada, Marakana stadionunda canlı izləmək şansını qazandı.

“Düzü, inanmırdım. Çünki indiyədək heç vaxt udmamışam, heç yerdən pul da tapmamışam. Çox sevinirəm” – bunu aprelin 28-də Hyundai i30 modeli almış Qurban Ağayev dedi. Qurban Ağayev final oyununa bilet udub. Final oyununa bilet qazanan digər Hyundai sahibi Əliəşrəf Əliyev olub. Anar Qədimov, Qalib Hacıyev, Abbas Hüseynov, Turanə Mustafayeva, Lətif Əsgərov, Mətanət Laişeva və Günay Hüseynova mərhələ oyunlarına bilet qazanıb. Hyundai-ın marketinq meneceri Rauf Cahangirov qalibləri oyun biletləri ilə yanaşı, viza, təyyarə, otel və digər səfər xərcləri ilə də təmin ediləcəyini bildirib. Qaliblərin Braziliyaya səfərini “Green Travel” turizm agentliyi təşkil edir.

Yeni Hyundai sahiblərinə brendin şans hədiyyəsi oyun biletləri ilə məhdudlaşmayıb. Lotereyada servis xidmətindən yararlanmaq üçün kuponlar da oynanılıb.

Qeyd edək ki, Hyundai Braziliyada keçiriləcək Futbol üzrə Dünya Çempionatının əsas tərəfdaşıdır. Azərbaycanda keçirilən lotereya bütün dünya üzrə keçirilən “Harada olursansa ol, Hyundai səni dünya çempionatına aparacaq!” şüarlı kampaniyanın tərkibi idi.

Tədbirdə Hyundai üçün futbolun əhəmiyyətindən söz açıldı. Qlobal səviyyədə FIFA-nın rəsmi tərəfdaşı olmaqla yanaşı Azərbaycanda da futbolla sıx əlaqəli olan Hyundai, AFFA-nın rəsmi tərəfdaşı, Futbol üzrə Milli Yığma komandamızın rəsmi avtomobilidir.

Qalibləri təbrik edirik!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR