• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Təcridxanaya qeyri-adi üsulla telefon keçirmək cəhdi

Təcridxanaya qeyri-adi üsulla telefon keçirmək cəhdi

Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs İbrahim Nadir oğlu Muxtarova xalası oğlu vətəndaş Maarif Nuhbala oğlu Dəmirovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı sovqatda olan badımcanın içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Kenxinda" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, İbrahim Muxtarov Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələrinə əsasən həbs edilmib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR