Yol polisinin sürücülərə mövsüm müraciəti
Bizi izləyin

Qırmızı.az

Yol polisinin sürücülərə mövsüm müraciəti

Azərbaycanın yol polisi yay mövsümünün başlaması ilə əlaqədar sürücülərə müraciət edib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a bildirib ki, yay mövsümü ilə əlaqədar Azərbaycanın rayonlarına istirahətə gedənlərin, eləcə də rayonlardan paytaxta kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan sürücülərin sayı getdikcə artır.

"Ona görə də bununla əlaqədar avtomobil sürücülərini maksimum diqqətli olmağa, təhlükəsizlik kəmərlərindən mütləq şəkildə istifadə etməyə, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət həddində idarə etməyə, xüsusən də spirtli içki qəbul edəndən sonra avtomobil idarə etməməyə və yükdaşıma qaydalarına ciddi riayət etməyə çağırırıq".

K. Əıiyev bildirib ki, son günlər ağır nəticələr səbəb olan yol qəzaları artıb.

Onun sözlərinə görə, son vaxtlar baş verən ağır yol qəzalarının baş verməsinə, əsasən, sürət həddinin aşılması, manevr, ötmə qaydalarının pozulması, sürücülərin avtomobili sərxoş halda idarə etmələri səbəb olur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm