İş adamının milyonluq cinayət işi məhkəmədə
Bizi izləyin

Qırmızı.az

İş adamının milyonluq cinayət işi məhkəmədə

"Yüksəliş-C” Mənzil-Tikinti Kooperativinin sədri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla kooperativin təsisçisi və sədri Xaləddin Bağışovun öz qulluq mövqeyindən sui-istifadə edib mənzil tikintisi haqqında müqavilələrə və maliyyə arayışlarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə kooperativ tərəfindən Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin və qeyri-yaşayış sahələrinin bir hissəsini təkrarən ayrı-ayrı şəxslərə satmaqla 702 min manat məbləğində vəsaiti, payçılardan birinə 3 otaqlı mənzil əvəzinə 2 ədəd bir otaqlı mənzil verəcəyini vəd edərək bir mənzili rəsmiləşdirib digər mənzilə dair heç bir sənəd verməyərək 44 min manat məbləğində özgəyə məxsus külli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirməsində, həmçinin 369 min manat dəyərində qeyri-yaşayış sahəsini ayrı-ayrı şəxslərə sataraq onların hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və digər qanunsuzluqlara yol verməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (Publika.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm