1377 uşağa bərpa-müalicə xidməti göstərilib
Bizi izləyin

Qırmızı.az

1377 uşağa bərpa-müalicə xidməti göstərilib

Cari ilin yanvar-may aylarında Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Uşaq Bərpa Mərkəzində 1254 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 123 nəfər, ümumilikdə 1377 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa bərpa-müalicə xidməti göstərilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bərpa-müalicə prosedurlarından sonra həmin uşaqlardan 115 nəfərinin səhhətində yaxşılaşma, 1256 nəfərinin səhhətində nisbi yaxşılaşma qeydə alınıb.

Hər iki bərpa mərkəzində bərpa-müalicə prosedurları ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsi məqsədilə onlarla tədris metodikaları həyata keçirilir, onların şəxsiyyətinin korreksiyası məqsədi ilə kompleks işlər görülür. Həmçinin əmək terapiyası üzrə məqsədyönlü məşğələlər şəraitində həmin uşaqlara müəyyən əmək bacarıqları və vərdişləri aşılanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm