Əli Bayramovun sələfi “Aqrolizinq” ASC-dəki korrupsiyadan DANIŞDI - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Əli Bayramovun sələfi “Aqrolizinq” ASC-dəki korrupsiyadan DANIŞDI - ÖZƏL

Əli Bayramovun sələfi “Aqrolizinq” ASC-dəki korrupsiyadan DANIŞDI - ÖZƏL

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri əvəzi Elşən Məmmədov qurumun Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri Cavanşir Qurbanov tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmasına münasibət bildirib.

E.Məmmədov, Publika.az-a açıqlamasında sözügedən məsələyə qarışmaq istəmədiyini söyləyib:

“Bu məsələ ilə əlaqədar mən heç bir şeyə qarışmaq istəmirəm. Bu barədə suala da cavab vermək istəmirəm”.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədr müavini Aydın Əzizov isə Publika.az-a açıqlamasında sözügedən hadisədən mətbuat vasitəsilə xəbər tutduğunu söyləyib:

“Bildiyimə görə, o adam əvvəllər Şəkidə “Aqrolizinq” ASC-nin servisinin müdiri olub. Kənd Təsərrüfatı Nazirliyinin də işçisi olub. Yəni, bizim işçimiz olub. Ancaq onun hərəkətləri barədə indi mətbuatdan xəbər tuturam”.

Xatırladaq ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Kənd Təsərrüfatı Nazirliyinin Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovun “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edib kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərin adlarına satılmasını rəsmiləşdirməklə digər fiziki və hüquqi şəxslərə sataraq əldə etdiyi 64 min manat məbləğində pulu mənimsəmə və israf etmə yolu ilə talamasında, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərinin dövlət büdcəsinə ödənilməsini təmin etməyərək dövlətin, eləcə də “Aqrolizinq” ASC-nin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm