Azərbaycanlı qadın Moskvada intihar etdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı qadın Moskvada intihar etdi

Moskvanın Kalininsk rayonunda azərbaycanlı gəlin özünü 17-ci mərtəbədən atıb.

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, 21 yaşlı Azərbaycan vətəndaşının cəsədi Prosveşeniya prospektindəki 99 nömrəli binanın qarşısında aşkar edilib. Onun özünü binanın 17-ci mərtəbəsindən atdığı məlum olub.

Müəyyən edilib ki, həmin qadın Moskvaya ərinin - 27 yaşlı Azərbaycan vətəndaşının yanına gedibmiş. Onun əri həmin binada kirayədə yaşayır. Cəsəd morqa göndərilib və azərbaycanlı qadının özünü atmasının motivləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm