Hacı İbrahim: “Heç “Hafka”nın telefon nömrəsini bilmirəm”
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim: “Heç “Hafka”nın telefon nömrəsini bilmirəm”

“Heç “Hafka”nın telefon nömrəsini bilmirəm” – Hacı İbrahim

“Avesta” konserninin prezidenti Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) “Bakı” futbol klubunun prezidenti, Fransanın “Lans” klubunun “Hafka” ləqəbli sahibi Hafiz Məmmədovun sözügedən komandanı ona satması barədə yayılan məlumatlara münasibət bildirib.

İş adamı İ.İbrahimov Publika.az-a açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: “Yox, yalan xəbərdir. Mənim “Lans” nəyimə lazımdır? Mənim bundan heç xəbərim də yoxdur. Hafiz Məmmədovla isə heç bir əlaqəm, söhbətim olmayıb. Heç “Hafka”nın telefon nömrəsini bilmirəm. Sadəcə olaraq mən Hafiz Məmmədovun xətrini bir naxçıvanlı kimi çox istəyirəm. O, mənim yerlimdir. O, çox yaxşı, mərd oğlandır. Ancaq bu xəbər yalandır. Mən futbol biznesində yoxam. Mən “Xəzər adaları” şəhərini tikib başa çatdırım, o mənim üçün bəs edər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm