Neft Fondundan "Vaqifanə" hesabat
Bizi izləyin

Qırmızı.az

Neft Fondundan "Vaqifanə" hesabat

Neft Fondundan "Vaqifanə" hesabat

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üzrə auditinin nəticələrini əks etdirən illik hesabatını dərc edib.

Publika.az xəbər verir ki, 2013-cü ildə Neft Fonduna Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından 13 108,0 milyon manat və ya 16 707,7 milyon ABŞ dolları həcmində vəsait daxil olub.

2013-cü ildə fondun büdcə xərclərinin ümumi məbləği 12 302,7 milyon manat (15 681,6 milyon ABŞ dolları) olub. Fondun büdcə xərclərini dövlət büdcəsinə transfert, sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi və. s təşkil edir. Bundan əlavə, ötən il ARDNF-a daxil olan vəsaitlərin həcmi 17 mlrd. 329,2 mln. manat olub. Bunun da 9,5%-i yığıma yönəldilib. 2013-cü ildə vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər 480,6 milyon manat (606,4 milyon ABŞ dolları) təşkil edib. İnvestisiya portfelinin gəlirliyi 1,8 faiz olub.

Həmçinin ötən ilin sonuna ARDNF-nin aktivləri 5,12% artaraq 35 mlrd. 877,5 mln. manat təşkil edib. Onu da qeyd edək ki, aktivlərin 90%-i yüksək gəlirli qiymətli kağızların payına düşür.

Bu arada hesabatla bağlı diqqəti çəkən daha bir məqam Molla Pənah Vaqifin həyat və yaradıcılığının rəqəmlərin arasında yer almasıdır. Hesabatla bu linkdən tanış ola bilərsiniz:

http://www.oilfund.az/uploads/annual_2013az.pdf

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm