Hansı universitetlərdə telefon qadağası var?
Bizi izləyin

Qırmızı.az

Hansı universitetlərdə telefon qadağası var?

Bu yaxınlarda Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasında auditoriyalarda mobil telefonlardan istifadənin qadağan olunması müzakirəyə çıxarılmışdı. Müzakirələrin yekununda bununla bağlı yeni qayda qəbul edildi. Yeni dərs ilindən tətbiq ediləcək qayda tələbələrin dərsdən yayınmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Digər ali məktəblərdə bu qaydalar tətbiq olunurmu? Bu suala cavab tapmaq üçün bir neçə ali təhsil ocağı ilə əlaqə saxladıq.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, bu qayda universitetin gündəliyində qeyd olunsa da, Elmi Şura səviyyəsində müzakirə olunmayıb.

Azərbaycan Dövlət Tibb Universiteti və Texniki Universitetdən də eyni cavabı aldıq.

Azərbaycan Dövlət Neft Akademiyasının Tərbiyə işləri üzrə prorektoru İbad İbadov isə bildirib ki, ali məktəblərə daxil olan I kurs tələbələri ADNA-nın nizam-intizam qaydaları ilə tanış olurlar.

“Burda bir çox məsələlər, o cümlədən də auditoriyalarda mobil telefonlardan istifadənin qadağan olunması əksini

tapıb. Dərs zamanı mobil telefonun zəng çalması dərsin pozulması kimi qiymətləndirilir. Tələbələrimiz də bunu bilirlər, dərsə girəndə telefonlarını söndürürlər. Əgər dərs zamanı tələbə telefonunu söndürməyibsə, deməli, bilərəkdən dərsə maneçilik törədir”,– deyə prorektor əlavə edib

Auditoriyalarda mobil telefonlardan istifadə edən tələbənin cəzası isə dərsdən qovulmaq, tənbeh olunmaq və "qaiblərin" qeydiyyata alınmasıdır. Lakin əlaqə saxladığımız heç bir ali təhsil ocağı indiyədək bu qaydanı pozduğuna görə neçə tələbənin cəzalandırıldığı barədə məlumat vermədi.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm