Kəmalədin Heydərov Türkiyə Baş nazirinin müavini ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Kəmalədin Heydərov Türkiyə Baş nazirinin müavini ilə görüşdü

Azərbaycanla Türkiyə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi daha da genişləndiriəcək.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bu fikir bu gün Qəbələdə keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Türkiyə Baş nazirinin müavini Bəşir Atalayla görüşündə səsləndirilib.

K.Heydərov qeyd edib ki, iki qardaş ölkələr – Türkiyə və Azərbaycan beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edirlər. Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də əlaqələr ən yüksək səviyyədədir. Ölkələrimizin müvafiq qurumları xalqlarımız və dövlətlərimizin mənafeyi naminə mühüm tədbirlər həyata keçirirlər. Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamına uyğun olaraq, qardaş ölkələrimiz arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək.

B. Atalay isə yüksək səviyyədə keçirilən beynəlxalq konfransın böyük əhəmiyyətini qeyd edib, qardaş Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə aparılan quruculuq işlərindən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, Türkiyənin Van şəhərində baş vermiş zəlzələ zamanı da ilk yardıma yetişən ölkə Azərbaycan olub. B. Atalay ümidvar olduğunu bildirib ki, iqtisadi və sosial sahələrdə inamla irəliləyən və qüdrətli dövlətə çevrilən Azərbaycanla Türkiyə birlikdə daha böyük nailiyyətlər əldə edəcək, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi daha da genişlənəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm