• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

30 nəfəri ilan sancıb

30 nəfəri ilan sancıb

Mayda 30 nəfər ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib, onlardan 21-i Mərkəzə yerləşdirilib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, ötən ay 6 əqrəb, 4 qaraqurd sancması ilə bağlı müraciət edilib. İlan sancmaları ilə bağlı Mərkəzə 9 qadın və 2 uşaq müraciət edib.

Müraciət edənlər Hacıqabul, Şamaxı, Salyan, Bərdə Yevlax rayonlarındandır.

A.Maqsudov bildirib ki, Bakıətrafı kəndlərlə yanaşı, Hacıqabul, Kürdəmir, Şamaxı, Salyan, Bərdə Yevlax rayonlarından da müraciətlər olub.

“Müraciət edənlər bir neçə həftə müalicə ediləndən sonra evə buraxılıblar. Bu, onların vəziyyətlərinin ağır olması, bir müddət rayon xəstəxanasında qalmaları və zəhərin dozasının ağır olması ilə əlaqədardır. Nəticədə, fəsadlaşma baş verib, onlar paytaxta gətiriliblər”.

A. Maqsudov bildirib ki, dərmanların əlavə allergik təsiri ilə bağlı may ayında 12 nəfər qəbul edilib. Allergiyalar, əsasən, antibiotik və vitamin pereparatlarından olub.

Aprel-may ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (BŞTTTYS) 12 ilan sancması, 11 həşərat sancması ilə bağlı müraciət qeydə alınıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR