Qaxda çürümüş kişi meyiti aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

Qaxda çürümüş kişi meyiti aşkarlanıb

Aparılan ilkin təhqiqatla məlum olub ki, meyit Əslən qaxlı olan Rusiya vətəndaşına məxsusdur.

Aparılan ilkin təhqiqatla məlum olub ki, meyit Əslən qaxlı olan Rusiya vətəndaşına məxsusdur.

Qax Rayon Prokurorluğun verilən məlumata görə, daxil olan məlumat əsasında Qax şəhərindəki Molla Vəli Vidadi küçəsi bina 16, mənzil 41 ünvanına baxış keçirilərkən oradan naməlum kişi meyiti aşkarlanıb.

Meyit aşkarlanarkən çürümüş və iylənmiş vəziyyətdə olub. Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı təhqiqatla məlum olub ki, bu şəxs Rusiya vətəndaşı, 2-ci qrup əlil, 59 yaşlı Zahid Mustafayevdir.

Növbəti təhqiqatlardan sonra məlum olub ki, hazırda Rusiya vətəndaşlığını daşıyan Zahid Mustafayev bir müddət əvvəl qohumlarını ziyarət etmək üçün rayona qonaq gəlibmiş. Rayon prokurorluğu ölümün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib. Hazırda rayon-hüquq mühafizə orqanları mərhumun ölüm səbəblərini daha dərindən araşdırır. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm