Avtobus qəzasında yaralananların adları açıqlandı - (YENİLƏNİB - 4)
Bizi izləyin

Qırmızı.az

Avtobus qəzasında yaralananların adları açıqlandı - (YENİLƏNİB - 4)

Avtobusların toqquşması nəticəsində yaralananların bir qisminin adları məlum olub. Sabunçu rayon 3 saylı Klinik Xəstəxananın həkimi İlham Təmrazov “Qafqazinfo” ya həmin xəstəxanada olan yaralıların adlarını açıqlayıb:

Əlizadə Əli -1957-ci il

Sultanova Gülər

Əliyev Elnur -1979-cu il

Həsənova Seyran -1964-cü il

Mahmudov Nail- 1984-cü il

Dəmirçiyev Qurban- 1979-cu il

Mehdiyev Tural -1981-ci il

Qəhrəmanov Rəşid - 1992-ci il.

11:49

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova Publika.az-a açıqlamasında 12 nəfərin müraciət etdiyini, onlardan ikisinə yerindəcə müdaxilə edilib, evə göndərildiyi bildirilib. Fərdi şəkildə xəstəxanalara müraciət edənlərin olması da istisna edilmir.

“İki nəfər üz-çənə travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yuxarı, aşağı ətraf travması alan 8 nəfər 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Onlardan ikisinin vəziyyəti ağır olub, həm kəllə-beyin travması alıb, həm də bud-sümük və ətraflarda sınıqlar olub”.

3 saylı şəhər klinik xəstəxanadan bildiriblər ki, xəstəxanaya qəbul edilən yaralıların vəziyyəti normaldır.

11:20

Nizami Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 1 saylı marşrut xətti ilə hərəkət edən avtobus"VAZ 2107" markalı avtomobili, daha sonra 36 saylı marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.

Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü və 36 nömrəli avtobusdakı yaşlı qadın xəsarət alıb.

11:00

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a bildirilib ki, həkim briqadaları hadisə yerinə cəlb olunub. Hadisə zamanı xəsarət alan 10 nəfər təcili yardıma müraciət edib.

Stansiyadan xəsarət alanların fərdi şəkildə xəstəxanalara müraciət etdikləri də istisna olunmur.

Məlumata görə, Qara Qarayev metrostansiyasının yaxınlığında 36 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub.

Gülxar

10:40

Bir neçə dəqiqə əvvəl metronun “Qara Qarayev” stansiyasının yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.


Aznews xəbər verir ki, 2 avtobusun toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.


Hazırda təcili yardım briqadaları hadisə yerinə cəlb olunublar.


Hadisə ilə bağlı əlavə məlumat verəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm