Pensiyalarla bağlı yenilik
Bizi izləyin

Qırmızı.az

Pensiyalarla bağlı yenilik

Bu gün Bakıda sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin təqdimatı keçirilib.

Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı DSMF olan layihə Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev ötən dövr ərzində ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatlar nəticəsində müasir standartlara cavab verən sığorta-pensiya sisteminin qurulmasını vurğulayıb.

“Dövlət Sosial Müdafiə Fondunun Avropa İttifaqı ilə reallaşdırdığı bu layihənin məqsədi sosial sğorta pensiya sistemində yığım kompenetlerinin təmini və qeyri dövlət pensiya resuslarının formalaşdırılması üçün qanun vericilik bazasının yaradılmasıdır", E. Mehdiyev bildirib.

O bildirib ki, bu layihə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin gücləndirməsinə və pensiya islahatlarına öz tövfhəsini verəcək.

"Biz Almaniya və Latviyanın bu sahədəki təcrübəsini öyrənməklə yanaşı, Avropa İttifaqı çərçivəsində qanunvericlik prinsipləri əsasında əsas sənədlərin hazırlanmasıdır. İstər yığım komponetləri, istərsə də qeyri-dövlət pensiya fondlarının reallaşdırması olsun, bu sahədə könüllü prinsipləri əsasında sğorta pensiya haqlarının toplanılır. Əsas məqsəd odur ki, bu haqlar fərdi yığım etaplarında və qeyri-dövlət pensiya institutlarında olan hesablarda əks olunduqdan sonra maliyə bazarında yerləşdirilsin. Digər məqsədimiz isə bu vasitə ilə dividentlər əldə edərək həmin vasitlərin artırılması, sonradan vətəndaşların pensiya təminatına yönəldilməsidir.”

E.Mehdiyev, həm yığım komponetləri, həm də qeyri-dövlət pensiya fondları vastəsi ilə vəsaitlərin yeniləşməsini hədəflədiklərini vurğulayıb:

“Biz həm də dövlət nəzarəti mexanimlərinin işlənib hazırlanmasına çalışırıq. Çünki, bu fondlar maliyyə bazarında dövlətdən kənar fəaliyyət göstərəcəklər. Bu fondun dövlətin məcburi dövlət sosial-sğorta sisteminə heç bir aidiyyatı yoxdur. Belə fikirlər səslənir ki, bu fondlar maliyyə bazarında DSFM -ə rəqib olacaqlar.”

E. Mehdiyev bildirib ki, növbəti mərhələdə əsas prioritetlər sistemin maliyyə dayanıqlığının təmin edilməsi, əhalinin etibarlı pensiya təminatına nail olunması üçün məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılmasıdır. Bu məqsədlə dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili nəzərdə tutulur.

Sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanla güclü əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayaraq, təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən layihələri barədə məlumat verib. M.Mard təqdimatı keçirilən yeni layihənin Azərbaycanın sığorta-pensiya sahəsində aparılan islahatlara öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Onun sözlərinə görə, bu sahədə Azərbaycan ilə AB ölkələrinin qabaqcıl təcrübəsi paylanılacaq.

“Sığorta-pensiya sisteminin yaradılmasında müxtəlif elementlərin, xüsusilə bazarın bu sistemə cəlb edilməsi yolları nəzərdən keçiriləcək. Azərbaycanın sabit pensiya sisteminə ehtiyacı var. Sabit pensiya sistemi üçün münasib pensiya mexanizmləri mövcuddur”, deyə M. Mard qeyd edib. Diplomat əlavə edib ki, birlik ölkələri qarşıdakı 20 ayda Azərbaycana ən qabaqcıl təcrübəsi ilə paylaşacaqlar:

“AB və Azərbaycan davamlı olaraq bilik və bacarıqlar paylaşırlar. DSMF ilə birgə həyata keçirilən bu layihə çox mühümdür. 20 ayda bu layihənin uğurla həyata keçiriləcəyini və onun uğurlu nəticələr verəcəyinə ümid edirəm”.

Azərbaycan-Latviya arasında ikitərəfli əlaqələrin uğurla davam etməsindən məmnunluğunu bildirən Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis ölkəmizdə sığorta-pensiya sahəsində həyata keçirilən islahatların əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Volfqanq Mösinqer layihə çərçivəsində ölkəsi ilə Əmək və Sosial İşlər Nazirliyi ilə DSMF-nin qarşılıqlı əməkdaşlığının iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.

Tədbirin davamında layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks, daha sonra isə layihənin tərəfdaş rəhbəri, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin nümayəndəsi Natali Belorgey müvafiq olaraq Latviyanın və Almaniyanın pensiya sistemləri barədə təqdimatlarla çıxış ediblər.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm