• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Mərkəzi prospekt bağlanır

Mərkəzi prospekt bağlanır

Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.


Sürücülərə alternativ olaraq Nizami Gəncəvi küçəsindən istifadə etmələri tövsiyə olunur.


Yollarda təmir “Azəryolservis” ASC tərəfindən aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR