Qeyri-leqal əməyə cəlb olunan 685 nəfərlə bağlı tədbir görüldü
Bizi izləyin

Qırmızı.az

Qeyri-leqal əməyə cəlb olunan 685 nəfərlə bağlı tədbir görüldü

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin may ayında qeyri-leqal əmək fəaliyyətinə cəlb olunmuş 685 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsini təmin edib. Bu rəqəm ötən ilin may ayı ilə müqayisədə 34,5 faiz çoxdur.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Məlumata görə, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətləri üzrə əlavə şərtlərə dair bağlanılan kollektiv müqavilələrin sayı isə 85 faizə yaxın artaraq 61 ədəd təşkil edib.


Qeyd olunan müddətdə işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 47 208 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsi təmin olunub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 2 dəfədən də çoxdur. Həmin məbləğin 43 044 manatı əmək haqlarından, 3 789 manatı zərərə görə ödənclərdən, 375 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm