Lerikdə uşaq bağçası yanıb
Bizi izləyin

Qırmızı.az

Lerikdə uşaq bağçası yanıb

Lerikdə yanğın baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Vistən kəndində (rayon mərkəzindən 20 km aralı) Rayon İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 375 kv.m olan 7 otaqdan ibarət uşaq bağçasında baş verib. Nəticədə uşaq bağçasının yanar konstruksiyaları 320 kv.m sahədə yanıb.


Bağçanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm