Azərbaycan hərbi təlimlərə başlayır
Bizi izləyin

Qırmızı.az

Azərbaycan hərbi təlimlərə başlayır

Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə hərbi təlimlər keçirməyi planlaşdırır.


ANS PRESS-in məlumatına görə, Brüsseldə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Zakir Həsənov, İsmət Yılmaz və İrakli Alasaniya arasında üçtərəfli görüş keçirilib.


Görüşdə ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri və regionda strateji enerjidaşıyıcı infrastrukturun müdafiə üçün birgə hərbi təlimlərin keçirilməsi müzakirə edilib.


Müdafiə nazirləri qeyd ediblər ki, üçtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.


Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə nazirləri səviyyəsində ilk dəfədir ki, üçtərəfli görüş keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm