Cəbhədən həyəcanlı xəbərlər gəlir: 7 erməni hərbiçisi öldürülüb
Bizi izləyin

Qırmızı.az

Cəbhədən həyəcanlı xəbərlər gəlir: 7 erməni hərbiçisi öldürülüb

Həyata keçirilmiş preventiv tədbirlər nəticəsində Qorqan istiqamətində 3, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində isə 4 erməni hərbçisi öldürülüb

Həyata keçirilmiş preventiv tədbirlər nəticəsində Qorqan istiqamətində 3, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində isə 4 erməni hərbçisi öldürülüb

Füzuli rayonu istiqamətində cəbhədə provokasiyalara cəhd edən 7 erməni hərbçisi öldürülüb.
Bu barədə “AzeriDefence.com” saytına cəbhə xəttindəki Azərbaycan Ordusunun yüksək rütbəli hərbçisi məlumat verib.

Ordu zabitinin sözlərinə görə, Azərbaycan tərəfi ermənilərin provokasiya planları barədə əvvəlcədən məlumatlı olub. Həyata keçirilmiş preventiv tədbirlər nəticəsində Qorqan istiqamətində 3, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində isə 4 erməni hərbçisi öldürülüb.

“Bizdə olan dəqiq məlumatlara görə öldürülmüş erməni əsgərlər Dağlıq Qarabağdan hərbi xidmətə çağrılmışlardır. Onların 3-ü düşmənin xüsusi təyinatlı dəstələrinin hərbçiləridir. Onların meyitlərinin görüntüləri belə var”, – deyə zabit vurğulayıb.

Cəbhə xəttində düşmənin bütün hərəkətlərinin nəzarət altında olduğunu deyən zabitin sözlərinə görə, yanvarın 21-də axşam saatlarında və ötən gün bir neçə istiqamətdə ermənilərin cəbhə xəttindəki döyüş postlarına əlavə qüvvələr yerləşdirməsi müşahidə olunub: “Bizdə olan məlumatlara görə, ermənilər vəziyyətin kritik olduğu nöqtələrə xüsusi hazırlıq görmüş hərbçilər yerləşdirir. Eyni zamanda dünən gecə ermənilərin cəbhənin bəzi sahələrində istehkam-bərkitmə işləri apardığı qeydə alınıb və onların barəsində müvafiq tədbirlər görülüb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm