• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vasim Məmmədəliyevdən plagiat ittihamına CAVAB

Vasim Məmmədəliyevdən plagiat ittihamına CAVAB

“İdris kimdir ki, onun iddialarına cavab verim. Mən o adamı tanımıram və oxumamışam”.

Bunu Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev kitabındakı plagiat ittihamlarına cavab verərkən deyib.

“Mən belə sözlərə fikir vermirəm. Belə məsələlərə görə məni narahat etməyin”.

Qeyd edək ki, ərəbşünas alim İdris Abbasov Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevi plagiatlıqda ittiham edib. İ.Abbasovun sözlərinə görə, V.Məmmədəliyev “Ərəb dilçiliyi” dərsliyində Misir və İraq ərəbşünaslarından faydalandığını əksər məqamlarda istinadla göstərməyib.

İdris Abbasov iddia edir ki, “Ərəb dilçiliyi” kitabı, əsasən, Misir Ərəb dili Akademiyasının sabiq prezidenti Şövqi Zeyfin "Əl-Mədarisu-n-nəhvıyyə" (Qrammatika məktəbləri) və məşhur Bağdad dilçisi Ənbarinin "əl-İnsaf" əsərinin adda-budda, sistemsiz, bəzən məna kəsb etməyən yarımçıq tərcümələri əsasında ortaya qoyulub.

İdris Abbasov akademik Vasim Məmmdəliyevin ədəbiyyat siyahısının tərtibində, onlardan düzgün istifadə etməməklə, ərəb alimlərinin adları əvəzinə polyak və Avropa şərqşünaslarına istinad etməsini, Şövqi Zeyfin məlum kitabından səhifələrdən düzgün istifadə etməməsini də göstərib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR