Yeni yol qovşağının istifadəyə veriləcəyi tarix məlum oldu
Bizi izləyin

Qırmızı.az

Yeni yol qovşağının istifadəyə veriləcəyi tarix məlum oldu

Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan 2-ci tuneldə bu gündən etibarən asfalt-beton örtüyünün salınmasına başlanılıb.

Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı tunel Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edəcək.

Asfalt-beton örtüyünün salınması işləri başa çatdıqdan sonra həmin tunel vasitəsilə nəqliyyatın hərəkəti təmin olunacaq və bundan sonra həmin ərazidə köməkçi hissənin asfaltlanmasına başlanacaq.

Kompleksdə son tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm