Ov qiymətləri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Ov qiymətləri açıqlandı

Azərbaycan Respublikası ərazisində 2014-2015-ci illər üçün mayın 31-dən ov mövsümü açıq elan edilib.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ölkə ərazisində 2014-2015-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları da müəyyən edilib.

Təkə 31 may - 18 oktyabr 2014-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara),qaban (çöl donuzu) 20 sentyabr - 20 dekabr 2014-cü il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara),dovşan 15 noyabr 2014-cü il - 09 yanvar 2015-ci il tarixlərində, 2 baş (adambaşına), bataqlıq qunduzu (nutriya) 11 oktyabr 2014-cü il - 21 fevral 2015-ci il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün), çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:

Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı, təkə - Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz, dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlıda.

Nazirlik birdəfəlik ov icazəsinin qiymətini də açıqlayıb. Dovşan ovlamaq üçün 2 manat 20 qəpik, çaqqal 3 manat 96 qəpik,yenot və qunduz 1 manat 65 qəpik, təkə 24 manat 75 qəpik, qaban (çöl donuzu) 16 manat 50 qəpik ödəniş etmək lazımdır.

Qeyd edək ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm