"Azəriqaz"da kütləvi ixtisarlar
Bizi izləyin

Qırmızı.az

"Azəriqaz"da kütləvi ixtisarlar

“Artıq Bakı şəhəri və Abşeron rayonu üzrə ştatları ləğv olunan 136 xətt baxıcısından 100 nəfəri işdən azad edilib”.

Bu barədə Publika.az-a açıqlamasında "Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Araz Ağayev deyib.

Onun sözlərinə görə, 100 nəfərdən 82 nəfəri orta əməkhaqqının 5 misli barədə razılaşmaya imza ataraq işdən ayrılıb:

“18 nəfər verilən vaxta qədər həmin kompensasiya üçün razılaşmaya qol çəkmədiklərinə görə orta aylıq əməkhaqqının 1 mislini alaraq işdən ayrılıb. Yerdə qalan 36 nəfərdən 11 nəfəri işlə təmin olunub, 13 nəfəri xəstədir, 6 nəfəri isə analıq məzuniyyətindədir. 2 nəfərin bildiriş vaxtı bitməyib, 4 nəfərə isə iş təklif edilib, cavab gözlənilir”.

A. Ağayev bildirib ki, həyata keçirilən proses zamanı Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin tələblərinə tam riayət olunub. Şəhid, müaharibə ailələri, işdə saxlanması üstünlüyü olan şəxslərə birinci növbədə iş təklif olunub. Sadəcə, işdən azad olunan insanların bir hissəsi təklif olunan işlə razılaşmayaraq, verilən kompensasiyanı alıb, işdən ayrılıblar.

Qeyd edək ki, "Azəriqaz” İB-də struktur dəyişikliyi ilə bağlı 136-ya yaxın qadın işçi ixtisara düşüb. Onlara mayın 31-nə qədər razılıq yolu ilə işdən ayrılacaqları təqdirdə orta əməkhaqqının 5 misli qədər kompensasiya təklif olunmuşdu. Verilən vaxta qədər ərizələrini imzalamayanlar bu kompensasiyadan məhrum edilib.

Xatırladaq ki, bir müddət xətt baxıcısı qadınlar işlərindən azad edildiklərinə görə, etiraz aksiyası keçirmişdilər. Sonra isə “Azəriqaz” rəhbərliyi ilə etiraz edən qadın əməkdaşlarla görüş keçirilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm