Zəvvarlara iynə vurulacaq
Bizi izləyin

Qırmızı.az

Zəvvarlara iynə vurulacaq

“Səudiyyə Ərəbistanında “tac" virusunun (Koronavirus) yayılması barədə yayılan fikirlər şişirdilib. Əslində, bu virus yalnız Ər-Riyad şəhərində qeydə alınıb. İki müqəddəs məscidin yerləşdiyi şəhərlərdə isə bu virus yayılmayıb".


Bu barədə Ərəbistanı Şura Məclisindəki Azərbaycan Dostluq Qrupunun rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasiri bildirib.


Onun sözlərinə görə, müqəddəs ziyarətə gələnlər arasında da bu virusa yoluxanlar yoxdur. Qonaq bildirib ki, buna baxmayaraq, kral bu problemi xüsusi nəzarətdə saxlayır. Ölkədə müxtəlif təhlükəsizlik tədbirləri görülür.


Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də açıqlama verib. O qeyd edib ki, hər il olduğu kimi bu il də zəvvarlara vaksinlər vurulacaq. "Yəni zəvvarların həyatı üçün təhlükə yoxdur".


Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Şura Məclisindəki (parlament) Azərbaycan Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm