Əsgərlərə paştet və süd veriləcək – QƏRAR
Bizi izləyin

Qırmızı.az

Əsgərlərə paştet və süd veriləcək – QƏRAR

Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" qərara dəyişiklik edib.

Publika.az xəbər verir ki, edilən dəyişikliklərə əsasən, sıravi və rəis heyəti üçün bundan sonra ciyər paşteti və qatılaşdırılmış şəkərli süd veriləcək.


Qərar Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat və Sənaye və Səhiyyə nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin razılaşdırılmış təkliflərinə əsasən verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm