• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Beşbarmaq dağındakı pirin bizə aidiyyəti yoxdur – Dini Komitədən AÇIQLAMA

Beşbarmaq dağındakı  pirin bizə aidiyyəti yoxdur – Dini Komitədən AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Beşbarmaq dağındakı Xıdır Zində pirində insanların aldadılması və kuklaya sitayiş edilməsini əks etdirən videonun yayılmasına münasibət bildirib.

DQİDK-dən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən pirin Dini Komitə ilə heç bir əlaqəsi yoxdur:

“O yerin bizə aidiyyəti yoxdur. Oranın öz sahibi var. Hazırda Xıdır Zində piri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sərəncamında olan yer deyil”.

Qeyd edək ki, Azərbaycanda dini icmalara lisenziya hüququ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR