Qırmızı.az
Kəmaləddin Heydərov qazaxıstanlı həmkarı ilə görüşüb
İyunun 5-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qazaxıstanlı həmkarı Vladimir Bojko ilə görüşüb.
FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, K. Heydərov qeyd edib ki, iki dost ölkə bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə də uğurlu əməkdaşlıq edir.
Bir-birinin nailiyyətinə sevinən iki ölkənin nazirliklərinin strukturları arasında faydalı əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırdan nazir bildirib ki, Azərbaycan tərəfi Xəzər hövzəsinin hər iki sektorunda keçirilən birgə təlimlərdə iştirak etməkdə maraqlıdır.
Qəbələdə keçirilən beynəlxalq konfransın olduqca məhsuldar olduğunu, iştirakçılar tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə faydalı təkliflər irəli sürüldüyünü diqqətə çatdıran Qazaxıstanın fövqəladə hallar naziri deyib ki, onun rəhbərlik etdiyi qurum azərbaycanlı həmkarları ilə yüksək informasiya texnologiyalarının tətbiqi, yanğın təhlükəsizliyi və digər sahələrdə daha geniş əməkdaşlıq etməyə hazırdır.
V. Bojko əlavə edib ki, Azərbaycan FHN-in bu cür mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirməsi ölkəmizin böyük iqtisadi potensialının göstəricisidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı