• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Oğlum hələ evli deyil” – Etibar Məmmədov oğlunun toy xəbərindən DANIŞDI

“Oğlum hələ evli deyil” – Etibar Məmmədov oğlunun toy xəbərindən DANIŞDI

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, tanınmış siyasətçi Etibar Məmmədov mayın 24-də böyük oğlu Ayxan Məmmədovu evləndirməsi barədə yayılan məlumatları təkzib edib.

E.Məmmədov Publika.az-a açıqlamasında deyib: “Toyla bağlı xəbərlər yalandır. Oğlum hələ evli deyil, subaydır”.

Xatırladaq ki, bu yaxınlarda mətbuatda E.Məmmədovun böyük oğlu, AMİP Gənclər Təşkilatının sədri Ayxan Məmmədova Bakıdakı “Sonalar sonası” restoranında toy etməsi barədə xəbərlər yayılıb.

Onu da bildirək ki, Etibar Məmmədovun 2 oğlu, bir qızı var.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR