Millət vəkili türkiyəli jurnalistlərlə cəbhə bölgəsində olub
Bizi izləyin

Qırmızı.az

Millət vəkili türkiyəli jurnalistlərlə cəbhə bölgəsində olub

Kanal 78-in kollektivi millət vəkili Q. Paşayeva ilə görüşüb və ön cəbhədə olublar.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Azərbaycana səfər edən qardaş Türkiyənin Kanal 78 televiziyasının rəhbəri Şükrü Gökqaya və yaradıcı heyət millət vəkili, Qənirə Paşayeva ilə görüşüblər.

Q. Paşayeva görüş zamanı Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalizm aktları, tarixi-ədəni, dini abilədələri məhv etmələri, Xocalı Soyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönə bilməməsi, son vəziyyətlə bağlı məlumatlar verib və sualları cavablandırıb.

Eyni zamanda Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı da sualları cavablandıran millət vəkili Qənirə Paşayeva Azərbaycanı, tarixini, mədəniyyətini, görməli yerləri, tarixi-mədəni abidələri, bu günkü vəziyyəti ilə bağlı daha çox proqram və sənədli filmlərin hazırlanaraq qardaş Türkiyə televiziyalarında nümayiş olunmasının vacibliyini bildirib və Kanal 78 hər zaman Azərbaycan məsələsində duyarlı mövqeyinə görə təşəkkür edib.

Azərbaycana etdiyi geniş səfərlərinə, bir çox bölgələri gəzərək program,sənədli filmlər hazırlamaq və Azərbaycanı Türkiyə tamaşaçılarına daha yaxından tanıtmaq üçün belə bir layihə həyata keçirib, onlara dəstək olduğu üçün millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İBnə təşəkkür edən Kanal 78 rəhbəri Şükrü Gökqaya Azərbaycanı Türkiyədən ayırmadığını və öz-lərinə vətən hesab etdiklərini deyib və Azərbaycan Türkiyədə daha geniş tanıtmaq üçün rəhbərlik etiyi kanalın, şəxsən özünün bundan sonra səylərini daha da artıracaqlarını deyib.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə Azərbaycanın 10-a yaxın bölgəsində apardıqları maraqlı çəkilişlərin Türkiyə tamaşaçılarında Azərbaycanı görməyə böyük maraq doğuracağına əmin olduğunu deyən Şükru Gökqay və çəkiliş qrupu Tovuz rayonu istiqamətində Ermənistanla ön cəbhəyə də səfər ediblər, burada Ermənistanın vandalizm aktları, hətta atəşkəs dövründə belə mülkü insanlara qarşı əl atdıqları qeyri-insanı əməllər barədə də məlumatlar verilib.

Ermənista Silahlı Qüvvələrinin atəşkəs rejiminimütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinəzərər vurmaları,insanların neçə illərdir Ağdam kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeniqəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşəntarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkanverməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərəsilahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verilib. Bütün bunlara baxmayaraq, ön cəbhə kəndlərinin sakinlərinin torpağa bağlılığı və düşmənə layiqli cavab verməyə hazır olması televiziya əməkdaşlarının diqqətini xüsusi cəlb edib.

Kanal78-in yaradıcı heyəti ön cəbhədə əsgər və zabitlərlə də görüşüb və Azərbaycanordusunun inkişafı, əsgər və hərbiçilərin torpaqlarımızı azad etmək gücü və ruhunda olması haqqında da proqramlar hazırlayıb və hərbi hissəyə televiziyaları adından hədiyyə təqdim ediblər. Azərbaycan ordusu bizim də ordumuzdur deyən Kanal 78 rəhbəri Şükrü Gökqaya inşallah yaxın günlərdə əsgər və zabitlərimizlə işğaldan azad ediləcək Dağlıq Qarabağda, Şuşada və bütün o gözəl torpaqlarımızda da belə görüşlər keçirib çəkilişlər apara bilək və mən bunu sizə və özümə, bütünTürk dünyasına arzu edirəm deyib. Qonaqlar eyni zamanda Tovuzun tariximədəni abidələri ilə də geniş tanış olublar və bu səfərin onların həyatında önəmli iz buraxacağını deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm