Naxçıvan şəhidimiz üçün ayaqdadır: Cənazə Bakıdan yola salınıb - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Naxçıvan şəhidimiz üçün ayaqdadır: Cənazə Bakıdan yola salınıb - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub. Hadisə ötən gecə cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Xəbər verdiyimiz kimi, cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub. Hadisə ötən gecə cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun kapitanı, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun sakini Elnur Cəfərov düşmən gülləsinə tuş gəlib. 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Elnur Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbr diləyib!

Biraz əvvəl aldığımız məlumata görə, şəhidin cənazəsi "Göy Məscid"ə gətirilib. Dini mərasimdən sonra onun nəşi doğlduğu Şərur rayonuna yola salınacaq.

Naxçıvan sakinlərinin Publika.az-a verdiyi məlumata əsasən, Muxtar Respublikanın rəhbərliyi cənazəni qarşılamaq üçün səfərbər olublar. Şəhidin dəfni üçün xüsusi hazırlıq görülür.

YENİLƏNMƏ

Son məlumata görə, artıq gecə saatlarında cənazə xüsusi reyslə Naxçıvana yola salınıb

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm