Avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Avtobus qəzası ilə bağlı cinayət işi açıldı

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi bu gün baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

İyunun 5-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Əliyev Elnur İlqar oğlunun idarə etdiyi 1 saylı marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu, Əliyev Elnur Elman oğlunun idarə etdiyi 36 saylı marşrut xətti uzrə hərəkətdə olan “İsuzu” markalı sərnişin avtobusu və Həsənov Müşviq Zaur oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin yaydığı birgə məlumata görə, hadisə nəticəsində 36 saylı sərnişin avtobusunun sürücüsü Elnur Əliyev, həmin avtobusun sərnişinləri Tural Mehdiyev, Güloğlan Sultanov, Mirhəsən Babayev, Nail Mahmudov, Qurban Dəmirçiyev, Rasim Qəhrəmanov, Sehran Həsənova, Yeganə Bağırova və Əli Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Zərərçəkmişlərdən E.Əliyev, T.Mehdiyev, G.Sultanov və M.Babayev aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilmiş, digərilərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.


Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.


Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm