Nazir polisdə xidmət etmək istəyənləri qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Nazir polisdə xidmət etmək istəyənləri qəbul edəcək

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən iyunun 28-də Quba rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən məlumata görə, polisdə xidmətə qəbulla əlaqədar keçiriləcək qəbul Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinləri üçün nəzərdə tutulub.

Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.

Qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinlərindən yaşı 20-dən az, 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;

- boy ölçüsü 180 sm-dən az (qadınlar üçün 170 sm) olmayan;

- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;

- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən çox sürücülük təcrübəsi olan, kompüterdən istifadə etməyi bacaran şəxslər;

- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm