Qırmızı.az
Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb
Bakı sakini mənzilində ölü tapılıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən
məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı
qapı arxasında 1948-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə
qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə
cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki,
həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon
zənglərinə reaksiya vermir. Xilasedicilər ikimərtəbəli yaşayış
binasının 2-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir
barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət
və avadanlıqlar vasitəsilə kəsib və içəri daxil olublar.
Mənzilə baxış keçirilərkən Aydın Əli Səttər oğlu Babayev hərəkətsiz
vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının
həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində
A.Babayevin vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə
təhvil verilib.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye