• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıda 16 milyon manata lüks villa satılır - FOTOLAR

Bakıda 16 milyon manata lüks villa satılır - FOTOLAR

Paytaxt Bakıda 16 milyonmanata (20 milyon 397 min 756 ABŞdolları) ev satılır.

Bu barədə satılan evlərin reklamı ilə məşğul olan saytda məlumat yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda, Tbilisi küçəsində yerləşən 10 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, Avropa otelinin yanında yerləşən “iqamətgah”-ın ümumi sahəsi 1400 kvadratmetr təşkil edir. Bu cür saraya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 16 milyon manat ödəməli olacaq.

Qeyd edək ki, bu qiymətdən də aşağı, yəni 10 milyon ABŞ dollarına Braziliyaya məxsus İlha Das Pacas adlı adanı almaq mümkündür. Adanın sahəsi 1400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir. /Oxu.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR