Millət vəkili yaralanan Əlibəyli kənd sakini ilə telefonla danışıb
Bizi izləyin

Qırmızı.az

Millət vəkili yaralanan Əlibəyli kənd sakini ilə telefonla danışıb

Azərbaycan Milli məclisinin üzvü, millət vəkili Qənirə Paşayeva ötən gün Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəsi pozması nəticəsində güllə yarası alan Ruhiyyə Hüseynovaya zəng vurub.

Azərbaycan Milli məclisinin üzvü, millət vəkili Qənirə Paşayeva ötən gün Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəsi pozması nəticəsində güllə yarası alan Ruhiyyə Hüseynovaya zəng vurub.

Bu barədə məlumatı sosial şəbəkədəki səhifəsində yayan millət vəkili təmas xəttində günahsız dinc əhalinin hədəfə alınmasına görə təəssüfünü bildirib.

“Bu gün doğulduğum və millət vəkili olduğum Tovuz rayonunda Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozaraq 38 yaşlı Hüseynova Ruhiyyə Əhməd qızını yaralayıblar. Görünən odur ki, Ermənistan hələ də sivil, silahsız, dinc insanlara qarşı insanlıqdan kənar, vəhşi cinayətlərindən əl çəkmək niyyətində deyillər. Silahsız, sivil insanları, qadınları, uşaqları atəşə tutaraq öldürmək, ailələri gözüyaşlı qoymaq kimi insanlıqdan kənar əməllərindən və çirkli xislətdən əl çəkmək niyyətində deyil təssüf ki Ermənistan. 2 gündür Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq sivil, dinc insanları hədəfə alırlar”.

Güllə yarası alan Ruhiyyə Hüseynova ilə telefonla əlaqə saxladığını bildirən Qənirə Paşayeva bildirib ki, qəlpələr onun hər iki ayağını və diz qapağını zədələyib.

“Bir az öncə də yenə atəşkəsi pozublar. Amma Tovuz rayonu istiqamətində ön cəbhəmizi qoruyan hərbiçilərimiz onların bütün təxribati əməllərinə layiqli cavab vermək gücündədir və verirlər. Bir az əvvəl ön cəbhədə yerləşən Əlibəyli kəndimizin sakini olan Ruhiyyə bacımızla danışdım. Qəlpələr hər iki ayağını və diz qapağını ciddi zədələyib. Yaşadıqlarının şokundan yavaş-yavaş özünə gəlməyə başlayır. Keçmiş olsun diləklərimizi çatdırdım.Allah onu əzizlərinə və sevənlərinə bağışlayıb və ailəni gözyaşlı qoymayıb və Ermənistan Silahlı Qüvvələrinin insanlıqdan kənar arzularını gözündə qoyub”.

Yaralının sağalması üçün həkimlərin səfərbər olduğunu qeyd edən millət vəkili Yaradanın ermənilərə layiqli cəzanı verəcəyinə inandığını deyib.

“Həkimlərlə də danışdım. Ruhiyyə bacımızın tezliklə sağlamlığına tam qovuşa bilməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər. İnşallah qısa zamanda sağlamlığına tez qovuşar. İnşallah dinc insanlara bu cür acılar yaşadan və torpaqlarımızı işğal edərək 1 milyon insanımızın evinə dönməsinə imkan verməyən Ermənistan layiqli cəzasını alar. Mütləq alacaq, şəxsən mən buna əminəm. Amma onlara daha da ağır cəza Yaradanın verəcəyi cəza olacaq ki, bunu da artıq görürük. Bir özləri görə bilmirlər amma görəcəklər”.

Sonda ATƏT-in Mins qrupunun həmsədrlərini də ittiham edən xanım Paşayeva, onların bu işə səs çıxcaracağına inanmadığın bildirib.

“Günahsız insanların qanı və ahı yerdə qala bilməz və qalmayacaq inşallah. Ruhiyyə bacımıza bir daha keçmiş olsun və Allah onu hər zaman qorusun. Bütün ön cəbhədə yaşayan insanlarımızı da! ATƏT-in Minck qrupu həmsədrlərindən isə inanmıram ki, bir səs çıxsın. Onlar heç zaman işğalçı Ermənistanda ciddi təzyiqlər etmədilər. Etsəydilər bu gün Ruhiyyə bacımız kimi insanlar belə acılar yaşamazdılar. Amma inşallah biz özümüz bir dövlət və millət olaraq torraqlarımızı işğaldan azad edəcəyik və bu istiqamətdə hamımız birlik, bərabərlik içində daha da çox çalışmalıyıq.Ön cəbhəmizi qoruyan bütün hərbiçilərimizi, əsgərlərimizi dualarınızda unutmayın. Rəbbim onları qorusun!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm