70 mindən artıq şagird imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

70 mindən artıq şagird imtahan verəcək

Bu il buraxılış imtahanlarında ümumilikdə 70706 şagirdin imtahan verəcəyi gözlənilir.

Publika.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki,TQDK iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək:

“Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 77 imtahan mərkəzi ayrılıb".

Bundan başqa, imtahan Bakı şəhərində 64, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaqdır.

Bakı şəhərində 23755, Sumqayıt şəhərində 3359, Abşeron rayonunda isə 1881 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur. Bu imtahanlarda ümumilikdə 70706 şagirdin imtahan verəcəyi gözlənilir.

Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adıçəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. İyunun 8-də həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsinin IX sinfində təhsil alan 1605 nəfər şagirdi, 1365 nəfər isə XI sinif şagirdi imtahan verəcək. Bu imtahanların idarə olunması üçün ümumilikdə 344 imtahan rənbəri, 3190 nəzarətçi-müəllim ayrılıb.

Həmin imtahanlarda iştirak edəcək şagirdlər “imtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə mayın 26-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm