İsmayıllıda sürüşmə davam edir
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda sürüşmə davam edir

“İsmayıllı rayonunda güclü sürüşmə baş verib, Zərnəva kəndinə gedən yolda sürüşmə bir az da aktivləşib, lakin evlərdə elə bir ciddi dəyişiklik yoxdur”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, hər gün sürüşmə baş versə də, qonşu kəndlər üçün təhlükə yoxdur:

“Sürüşmə konturlarında genişlənmə olmasa da, kütləsində hərəkət var. Sürüşmə sahəsi stabilləşənə qədər hər hansı müdaxilə edilməsi təhlükəlidir.

Atmosfer çöküntüləri nəticəsində digər kəndlərdə aktivləşmə olsa da, sürüşmə geniş miqyasda deyil”.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyininin Regional Bölməsinin əməkdaşları, “Azəryolservis”ASC-nin və İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirir.

Qeyd edək ki, sürüşməyə səbəb mayın 29-da İsmayıllı rayonuna yağan yağışın səbəb olduğu bildirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm