General-mayor: “Mən cəbhədə, Şahin Sultanov isə arxada xidmət edib” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

General-mayor: “Mən cəbhədə, Şahin Sultanov isə arxada xidmət edib” – MÜSAHİBƏ

General-mayor: “Onu yazanlar uzunqulaqlardır” – MÜSAHİBƏ

Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyevin Publika.az-a müsahibəsi:

Cənab general, hazırda nə işlə məşğulsunuz?

– Mən təqaüdçü adamam. Hazırda da təqaüddəyəm. Nə etməliyəm? Gedib daş daşımalıyam? Hazırda Qazaxda rayondayam, otla, ağaclarla məşğulam. Şükürlər olsun ki, nəvələrim də var və onlarla maraqlanıram. Yəqin ki, gələn həftə də Bakıya gələrəm.

Hazırda “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi fəaliyyət göstərir. Təqaüddə olduğunuz üçün nə əcəb bura qoşulmursunuz?

– Allah Dadaş Rzayevin də canını sağ etsin. Ancaq mənim heç yerə qoşulmaq niyyətim yoxdur. Təqaüddəyəm, evdə sakit oturmuşam. Gözləyirəm ki, nə vaxt vaxtım çatsa, o dünyaya gedəcəm.

Sizə “böyük general” demək olar?

– İndi böyük generalların hamısı təqaüddədir. Evdə oturublar.

Müharibəyə nə qədər hazırıq?

– Allah etməsin ki, müharibə başlasın. Ancaq müharibə başlasa, mən də öndə getməyə hazıram.

Sizin yaxın vaxtlarda həbs ediləcəyiniz və sizə qarşı yoxlamaların aparılması barədə məlumatlar yayılmışdı.

– Kim yazırsa, cəhənnəmə yazsın. Axı kimi yoxlayırlar? Nə üçün yoxlayırlar? Onu yazan heyvan bilmirmi ki, generalı nə üçün yoxlayırlar? Məgər mən indi vəzifədəyəm? Mən 5 ildir ki, təqaüdə çıxmışam. Onu yazanlar uzunqulaqlardır. İndi onlara nə edə bilərəm? Axmaq adamlardır, yazırlar da.Yenə də deyirəm ki, mən 5 ildir ki, təqaüddəyəm. Heç kəslə əlaqəm də yoxdur.

Digər tərəfdən isə, mən Zakir Həsənovun nazir olduğu dövrdə təqaüdə çıxmamışam, 2009-cu ildə, yəni Səfər Əbiyevin vaxtında öz ərizəmlə təqaüdə çıxmışam. Özünüz də görürsünüz ki, yazılanlar doğru deyil. Mən 2009-cu ildə təqaüdə çıxmışam, ancaq yazırlar ki, guya, Zakir Həsənov məni çıxarıb və sairə. Axı mənim Zakir Həsənovla nə əlaqəm ola bilər? Gərək ki, bunu yazan zırrama gedib bir az da tarixlə maraqlansın. Görünür ki, mənə şər atırlar. Yəqin ki, bu da kiməsə lazımdır.

Deyirsiniz ki, generalı yoxlamaq və həbs etmək olmaz. Bəs Şahin Sultanov nə üçün həbs olundu?

– Şahin Sultanov özü bilər, mən də özüm bilərəm. O hara, mən hara. Mən cəbhədə, Şahin Sultanov isə arxada xidmət edib.

Bəzən erməni mediası da sizin qəhrəmanlığınızdan yazır. Bundan xəbəriniz olur?

– Mən erməni mətbuatını oxumuram. Heç nədən də xəbərim yoxdur.

Son günlər düşmənlə təmas xəttində baş verən insidentlərdən məlumatınız olurmu?

– Yox, mənim heç nədən xəbərim yoxdur. Heç bununla maraqlanmıram da.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm