• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qənirə Paşayeva məcburi köçkün qadınlardan danışdı

Qənirə Paşayeva məcburi köçkün qadınlardan danışdı

Millət vəkili Qənirə Paşayeva BMT Baş katibinin müavini və BMT Qadın (UN Women) təşkilatının icraçı direktoru Phumzile Mlambo-Ngcuka ilə görüşdə məcburi köçkün qadınlardan danışıb.

Parisdə Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva konfrans çərçivəsində BMT Baş katibinin müavini və BMT Qadın (UN Women) təşkilatının icraçı direktoru Phumzile Mlambo-Ngcuka ilə görüşüb.

Millət vəkili Qənirə Paşayeva BMT Baş katibinin müavini və BMT Qadın (UN Women) qurumunun icraçı direktoru Phumzile Mlambo-Ngcukaya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin 20 ildən çoxdur ki, rəsmi İrəvan tərəfindən həyata keçirilməməsi və bunun nəticəsində öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb.

Millət vəkili Q. Paşayeva bütün azərbaycanlıların BMT rəhbərliyindən təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini daha da artırmalarını gözlədiklərini bildirib.

Qənirə Paşayeva 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmədikləri üçün böyük sarsıntılar yaşayan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının BMT rəhbərliyindən onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini BMT Baş katibinin müavini və BMT Qadın (UN Women) təşkilatının icraçı direktoru Phumzile Mlambo-Ngcukanın diqqətinə çatdırıb.

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin, onların həyat şəraitinin, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamintində Azərbaycanda görülən işlərlər bağlı BMT Baş katibinin müavininə bəzi məlumatlar verən millət vəkili BMT Baş katibinin müavinindən bir qadın kimi 20 ilə yaxındır ki, öz yurd-yuvasına dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Ermənistan tərəfindən pozulmaqda davam edən haqlarının bərpası, öz evlərinə dönə bilməsi istiqamətində öz səylərini daha da artırmasını xahiş edib.

Millət vəkili Qənirə Paşayeva BMT Baş katibinin müavini və BMT Qadın (UN Women) təşkilatının icraçı direktoru Phumzile Mlambo-Ngcukaya Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları təqdim edib.

BMT Baş katibinin müavini və BMT Qadın (UN Women) təşkilatının icraçı direktoru Phumzile Mlambo-Ngcuka qaçqın və məcburi köçkün qadınlarla bağlı məsələlərin, onların üzləşdiyi problemlərin öz həllini tapmasının vacib olduğunu bildirib və onların problemlərinin həlli istiqamətində öz səylərini və dəstəyini artıracağını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR