Sınaq imtahanlarında ən aşağı nəticə I qrupdadır
Bizi izləyin

Qırmızı.az

Sınaq imtahanlarında ən aşağı nəticə I qrupdadır

Azərbaycanda keçirilən sınaq imtahanlarında ən çox IV qrupda28 nəfər 680 -700 bal arasında nəticə göstərib.

Publika.az-ın məlumatına görə, bunu bu gun keçirlən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə söyləyib.

“Bu il keçirilən sınaq imtahanlarında I qrup üzrə 13 nəfər, II qrupda 4 nəfər, III qrupda 9 nəfər, IV qrupda isə 28 nəfər 680 -700 bal arasında nəticə göstərib".

Onun sözlərinə görə, sınaq imtahanının ümumi nəticələrinə əsasən, I qrupda iştirak edən 17 624 nəfərdən 50%-dən çoxu 200 -222, II qrupda iştirak edən 14 269 nəfərdən 50%-dən çoxu 252, III qrupda iştirak edən 14 686 nəfərdən 50%-dən çoxu 282, IV qrupda iştirak edən 5076 nəfərdən 50%-dən çoxu isə 232 baldan yuxarı nəticə əldə edib:

“Amma nəzərə alaq ki, bu nəticələr imtahana hazırlaşan uşaqların nəticələridir. Sınaq imtahanına gələn uşaqlar çox ciddi hazırlaşır və öz ballarını yoxlayırlar. Bunların arasında hətta X sinif şagirdləri var. Onlar da sınaq imtahanlarında iştirak edərək öz biliklərini yoxlaylblar”.

TQDK sədri qeyd edib ki, ötən illə müqayisədə sınaq imtahanlarının nəticələrinə əsasən, vəziyyət dəyişməyib. Onun sözlərinə görə, sınaq imtahanlarına iştirak edən abituriyentlərin bilikləri həmin səviyyədədir:

“Bu, sınaq imtahanlarının nəticələridir. Əsas hüquqi nəticələr isə qəbul imtahanlarında qeydə alınacaq. Bu vaxta kimi yalnız əvvəlki illərin məzunları üçün keçriilən qəbul imtahanlarının nəticələri məlumdur. Buna əsasən deyə bilərik ki, bu il əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında əvvəlki illərin məzunları üçün ötən illərdə keçirilən imtahanla təxminən eyni səviyyədədir”.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm