Erməni gülləsinə tuş gələn Tovuz sakininin vəziyyəti kafidir
Bizi izləyin

Qırmızı.az

Erməni gülləsinə tuş gələn Tovuz sakininin vəziyyəti kafidir

Atışma zamanı güllədən qorunmaq üçün qonşuya keçən qadın hər iki ayağından güllə yarası alıb.

Ötən gün axşam saatlarında Tovuz rayonunun cəbhə bölgəsində yerləşən kəndləri Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən atəşə tutulub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, atışma nəticəsində bir nəfər dinc sakin - 37 yaşlı 1 uşaq anası Ruhiyyə Hüseynova yaralanıb. Atışma zamanı güllədən qorunmaq üçün qonşuya keçən qadın hər iki ayağından güllə yarası alıb.

Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən R.Hüseynovanın vəziyyəti hazırda kafidir.

Tovuzun Əlibəyli və Hacallı kəndlərində vəziyyət daha qorxuludur. Sakinlər bildirirlər ki, son 3 gündə düşmən sanki gecəni gözləyir, hava qaralan kimi kəndi gülləbaran edir.

Müdafiə Nazirliyindən hadisə ilə bağlı hələ ki rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə Ermənistan silahlıları Əlibəyli və Hacallı kəndləri ilə yanaşı, Tovuzun Koxa Nəbi, Ağdam kəndlərini də atəşə tutublar. Güllə səsləri hətta Tovuz rayonunun mərkəzində aydın eşidilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm