• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

22 min nəfər sənəd verib

22 min nəfər sənəd verib

9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə 22 min nəfər sənəd verib və onlardan 10 mini əvvəlki illərin məzunlarıdır.

Publika.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, ötən il isə 9 illik bazadan orta ixtisas məktəblərinə 40 mindən çox abituriyent ərizə verib.

Onun sözlərinə görə, bu il qəbul qaydalarına edilən dəyişiklərə əsasən, 9 illik bazadan orta ixtisas təhsili müəsisələrinə qəbul imtahanı yalnız əvvəlki məzunları üçün keçiriləcək.

M.Abbaszadə qeyd edib ki, əvvəlki illərin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün iyunun 29-da imtahanda iştirak edəcəklər:

“Ona görə onlar iyunun 12-dək sənəd verməlidir. Həmin müddətdən sonra imtahanda iştirak etmək üçün sənəd vermək mümkün olmayacaq. Bu ilin məzunları isə yalnız buraxılış imtahanı verəcəklər və onun nəticələrinə əsasən orta ixtisas məktəblərinə qəbul olunacaqlar. Amma müsabiqədə iştirak etmək üçün bu ilin məzunları da elektron ərizə doldurmalıdır. Bu ilin məzunlarından isə yalnız 10-11 min nəfəri sənəd verib. Sənəd qəbulu prosesi mayın 12-dən başlayıb və iyunun 12-dək davam edəcək. Bu proses 1 ay davam edir. İyun 12-dən sonra orta ixtisas məktəblərinə sənəd vermək mümkün olmayacaq”.

TQDK sədri əlavə edib ki, 9 illik bazadan müxtəlif texnikumlarda qabiliyyət imtahanı tələb olunur. Onun sözlərinə görə, bu il təsviri incəsənət sahələrinə sənəd verənlərin sayı 2 dəfə azalıb:

“Belə ki, təsviri incəsənət üzrə ixtisaslara ötən il 2341 nəfər sənəd vermişdisə, bu il isə onların sayı 1279-dur. Həmin ixtisaslara bəlkə də maraq azalıb. Amma müəyyən valideynlər də fikirləşirlər ki, yalnız buraxılış imtahanı verəndən sonra onun nəticəsinə əsasən şagirdin təhsilini məktəbdə davam etdirməsi və ya orta ixtisas məktəbində təhsil alması ilə bağlı qərar verilə bilər. Onların bu qərarları sonradan gec olur və şagirdlər orta ixtisas məktəblərinə də qəbul ola bilmirlər”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR